...

Masallıda intiharların sayı artıb

Hadisə Materials 29 Avqust 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Masallı/ Trend , müxbir Z.Əmənov/ Son bir ayda Masallıda üçüncü intihar hadisəsi baş verib. Masallı şəhərinin Qarabağ küçəsində yaşayan 27 yaşlı Taleh Məmmədov yaşadığı binanın dəhlizində özünü asıb. Günortadan sonra evə gələn ailə üzvləri onu asılmış və dünyasını dəyişmiş vəziyyətdə görüblər. Masallı şəhər Mərkəzi Xəstəxanasından Trend ə verilən məlumata görə, Taleh ruhi xəstə kimi qeydiyyatda olub.

Adını açıqlamaq istəməyən yaxın qohumları bildirib ki, Məmmədov istədiyi qızın başqasına verildiyi xəbərini eşitdikdən sonra intihar etmək qərarına gəlib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti