...

Prokuror: "16 mərtəbəli binanın uçması nəticəsində xəsarət alanların ailələrinə maddi yardım göstəriləcək"

Hadisə Materials 29 Avqust 2007 14:46 (UTC +04:00)
Prokuror: "16 mərtəbəli binanın uçması nəticəsində xəsarət alanların ailələrinə maddi yardım göstəriləcək"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bakıda baş vermiş bina uçqunu zamanı 6 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, ölənlərdən 5-nin şəxsiyyəti müəyyən edilib, birinin isə şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Hadisə nəticəsində həlak olan 5 nəfərin cəsədi artıq yaşadıqları rayonlara göndərilib. Onların 3-ü Astara rayonunun Ərçivan kəndinin, 1-i Qax rayonunun, 1-i isə Gəncə şəhərinin sakini olub. Bakı şəhər prokuroru bildirib ki, yerli icra orqanlarına həlak olanlarının dəfninin təşkili və ailələrinə maddi yardım göstərilməsi üçün tapşırıqlar verilib.

Prokuror dağıntılar altında daha 4 nəfərin sağ qaldığının güman edildiyini bildirib.

Xilasetmə işlərinin davam etdiyini deyən prokuror bildirib ki, Bakıda baş vermiş bina uşqunu ilə bağlı dörd nəfər saxlanılıb. O həmçinin bildirib ki, tikintini aparan "Mütəfəkir" MTK-nın iki vəzifəli şəxsi saxlanılıb. Digər cavabdehlərin də dairəsi müəyyənləşdirilir. Prokuror Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 222.2 (tikinti, mədən işləri və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 222-1 (tikinti qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıldığını deyib.

Xəbər lenti

Xəbər lenti