...

Bakıda uçmuş binanın altında daha bir insan sağ çıxarılır

Hadisə Materials 29 Avqust 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bakıda uçmuş binanın dağıntıları altından bir qədər öncə çıxarılan Astara rayon Ərcivan kənd sakini 25 yaşlı Sakit Feyziyevdir xəstəxanada keçinmişdir. Onun bir ayağının üzərində dağıntı vaxtı ağır beton düşmüşdür.

Çərşənbə axşamı Bakıda Naxçıvani küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəsişməsində yeni tikilən hündürmərtəbəli bina çöküb.

Hələlik qeyri-rəsmi məlumatlara görə, dağıntılar altından 8 nəfərin cəsədi çıxarılıb, yaralılar isə xəstxanalara yerləşdirilir. Lakin rəsmi məlumatlarda beş nəfərin ölü çıxarıldığı, 4 nəfərin yaralı olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti