...

Rusiya Azərbaycana yeni tikililərin yoxlanılması üçün avadanlıq göndərə bilər

Hadisə Materials 31 Avqust 2007 18:26 (UTC +04:00)
Rusiya Azərbaycana yeni tikililərin yoxlanılması üçün avadanlıq göndərə bilər

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şöbəsinin rəhbəri Yuri Braznikov avqustun 28-i çərşənbə axşamı Bakıda uçan 16 mərtəbəli binanın xilasetmə işlərində iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə Trend ə Moskvadan Rusiya FHN-dən telefola bildirib.

Qurumdan bildirblər ki, Braznikov Bakıya tikilən binaların gələcəkdə yoxlanılması üçün material və təkliflər gətirib. "Əgər Braznikovun təklifləri Azərbaycan trərəfindən qəbul olunarsa, Rusiya Azərbaycana Bakıda tikilən binaların yoxlanılması üçün lazımı avadanlıq göndərəcək",-deyə Rusiya FHN-dən bildiriblər.

Qurumun nümayəndəsinin sözlərinə görə, RF FHN Azərbaycana distansion konsultasiya yardımı göstərməyə davam edir.

Avqustun 28-də, çərşənbə axşamı Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində "Mütəfəkkir" şirkətinin tikdiyi 16 mərtəbəli bina uçub. İlkin versiyalara görə, binanın uçmasının səbəbi tikinti zamanı texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub. Rəsmi məlumatlara görə, tikintinin qalıqları altından çıxarılan həlak olan insanların sayı 12, xəsarət alanların sayı isə 5 nəfərdir. Fakt üzrə 4 nəfər - tikinti şirkətinin rəhbəri Əli Muradov və daaha üç nəfər saxlanılıb.

Uçan binanın yaxınlığındakı digər çoxmərtəbəli binalar da yoxlanılır. Bu binalar "Mütəfəkkir" və "Afina" şirkətlərinə məxsusdur.

Azərbaycan prezidenti İlham Əliyev cümə günü Azərbaycanda tikinti sahəsində nəzarətin gücləndirilməsi barədə fərman verib.

Xəbər lenti

Xəbər lenti