...

FHN: "Bakıda 16 mərtəbəli binanın uçmasına səbəb binanın təməlinin qeyri-bərabər qoyulması olub"

Hadisə Materials 4 Sentyabr 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Çərşənbə axşamı FHN-nin mətbuat katibi Tural Müseyibovun jurnalistlərə verdiyi məlumata görə, ilkin məlumatlara istinadən, Bakıda 16 mərtəbəli binanın uçmasının səbəbi binanın təməlinin qeyri-bərabər qoyulması və tikinti işlərinin keyfiyyətsiz aparılması olub.

Müseyibovun sözlərinə görə, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən aparılan ekspertiza nəticəsində belə qənaətə gəlinib. Ekspertizanın yekunları çərşənbə günü, sentyabrın 5-də açıqlanacaq.

Avqustun 28-də Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində "Mütəfəkkir" şirkəti tərəfindən inşa edilən 16 mərtəbəli bina uçub. Rəsmi məlumatlara görə, uçma nəticəsində 15 nəfər həlak olub, beş nəfər yaralanıb. Fakt üzrə "Mütəfəkkir" şirkətinin rəhbəri və üç əməkdaşı saxlanılıb.

Xəbər lenti

Xəbər lenti