...

Spirtli içkilər qadın beynini kişilərə nisbətən daha sürətlə zədələyir

Maraqlı Materials 11 Noyabr 2011 13:01 (UTC +04:00)
Alkoqol qadın orqanizminə kişilərinki kimi təsir etmir. Məlum olub ki, alkoqol düşkünü olan qadınlarda beynin əhval-ruhiyyəyə, oyanmaya və yuxuya nəzarət edən zonaları zədələnir.
Spirtli içkilər qadın beynini kişilərə nisbətən daha sürətlə zədələyir

Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir X.Murtuzayeva/

Alkoqol qadın orqanizminə kişilərinki kimi təsir etmir. Məlum olub ki, alkoqol düşkünü olan qadınlarda beynin əhval-ruhiyyəyə, oyanmaya və yuxuya nəzarət edən zonaları zədələnir. Həm də bu zaman zədələnmə kişilərə nisbətən üç dəfə sürətlə baş verir. Trend-in məlumatına görə, bu barədə "The Herald Sun" qəzeti İsveç alimlərinin araşdımalarına istinadən yazır.

Onlar sübut ediblər ki, qadınların əlli faizində spirtli içkilərin həddindən ziyadə qəbulundan dörd il sonra beyində serotoninin işi ağırlaşır. Kişilərdə isə bu, yalnız 12 ildən sonra baş verir. Bunu içki düşkünü olan 42 adamın (onlardan 1/3-i qadınlardır) və 28 nəfər spirtli içki içməyənin beyninin fəaliyyətinin analizi aydın şəkildə göstərib.

Tədqiqatın rəhbəri Kristina Berqlundun sözlərinə görə, serotonin depressiyanın və xroniki həyəcanlanmanın inkişafı və müalicəsi baxımından vacib olan neyroötürücüdür. O, həmçinin bizim meyillərimizə, gümrahlıq və ya yatmaq qabiliyyətimizə nəzarət sistemini tənzimləyir.

Tədqiqatda iştirak edən spirtli içkilərə aludə olan qadınlar 4 il ərzində həftədə 12 şüşəyə yaxın şərab içdiklərini bəyan ediblər. Kişilər isə bu həcmdə alkoqolu yalnız 12 il ərzində içirlər. İndi alimlər spirtli içkilərin insanın psixoloji sağlamlığına necə təsir etdiyini aydınlaşdırmağa çalışırlar.

Xəbər lenti

Xəbər lenti