...

Cəmi iki porsiya qazlı içki diabet və ürək xəstəliklərinin inkişafı üçün kifayətdir

Maraqlı Materials 15 Noyabr 2011 20:58 (UTC +04:00)
Mütəxəssislər xəbərdarlıq edirlər ki, gün ərzində cəmi iki porsiya qazlı içki qadınlarda diabet və ürək xəstəliklərinə tutulmaq təhlükəsi yaradır.
Cəmi iki porsiya qazlı içki diabet və ürək xəstəliklərinin inkişafı üçün kifayətdir

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Mütəxəssislər xəbərdarlıq edirlər ki, gün ərzində cəmi iki porsiya qazlı içki qadınlarda diabet və ürək xəstəliklərinə tutulmaq təhlükəsi yaradır. 45-84 yaşlarında 4 mindən artıq qadının iştirakı ilə aparılan tədqiqata əsasən, müntəzəm olaraq şirin alkoqolsuz içkilər içən qadınlar təkcə ürək xəstəliklərinə deyil, həm də diabet xəstəliyinə tutulmağa daha çox meyillidirlər və onlar sağrının kökəlməsindən də sığortalanmayıblar. Bu barədə "The Daily Mail" yazır. Maraqlıdır ki, bu hallar kişilərdə müşahidə olunmur.

Trend-in məlumatına görə, Oklahoma Universitetinin əməkdaşları gündə iki porsiya içki içən qadınların sağlamlığının vəziyyətini və bir dəfə və bu içkidən daha az istifadə edən qadınlarla müqayisə ediblər. Sonrakı beş il ərzində fərq özünü büruzə verib. Belə ki, birinci qrupdan olan qadınlar qanda ziyanlı maddələrin artmış səviyyəsinə malik olurlar ki, bu da arteriyaların tutulmasına təkan verərək insult riskini artırıb.

Üstəgəl, qazlı içki həvəskarlarına şəkərdən istifadəyə nəzarət etmək çətin olub. Ona görə də onlarda diabetin inkişaf etməsi ehtimalı böyükdür. Tədqiqatçılar bu qrupdan olan qadınlarda sağrının həcminin bütovlükdə çəkiyə təsir etmədən böyüdüyünü qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti