...

Kafedə içində 1 milyon dollar olan çamadan tapılıb

Maraqlı Materials 22 Noyabr 2011 14:34 (UTC +04:00)
Təsəvvür edin: kafeyə gedirsiniz, oturdugunuz masada bir çamadana rast gəlirsiniz, onu açırsınız və... içində 1 milyon dollar olduğunu görürsünüz.
Kafedə içində 1 milyon dollar olan çamadan tapılıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Avstraliyanın Sidney şəhərində naməlum kişi kafelərdən birində içində 1 milyon dollar pul olan çamadanı unudub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti The Associated Press-ə istinadən xəbər verir.

Qeyri-adi "tapıntı" bu gün səhər "Café Marco" italyan kafesində xidmətçilər tərəfindən tapılıb. Onlar polis çağırıblar. Polis çamadanda iri məbləğdə pul - təxminən 1 milyon Avstraliya dolları olduğunu müəyyənləşdirib.

Hazırda polisə yalnız o məlumdur ki, kafeyə çamadanla 30 yaşlarında, şort və futbolka geymiş bir kişi daxil olub.

Hazırda polis çamadanın "müəmmalı sahibinin" axtarışına başlayıb.

Hadisəyə baxmayaraq, kafe işini adi rejimdə davam etdirir.

Xəbər lenti

Xəbər lenti