...

Naringinin xassələri alimləri heyrətə salıb

Maraqlı Materials 28 Noyabr 2011 15:41 (UTC +04:00)
Naringi təkcə dadlı meyvə, uşaqlığın xatirəsi və Yeni ilin gözləntisi deyil, həm də ürək xəstəliklərindən və diabetdən müdafiə olunmaq üçün gözəl vasitədir
Naringinin xassələri alimləri heyrətə salıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Naringi təkcə dadlı meyvə, uşaqlığın xatirəsi və Yeni ilin gözləntisi deyil, həm də ürək xəstəliklərindən və diabetdən müdafiə olunmaq üçün gözəl vasitədir. Bu barədə Trend mail.ru saytına istinadən məlumat verir.

Qərbi Ontario Universitetindən olan kanadalı alimlər təəccüblə müəyyən ediblər ki, naringinin tərkibindəki böyük miqdarda nobitelin maddəsi insanın qanında xolesterinin və insulinin səviyyəsini xeyli azaldır. Bu isə o deməkdir ki, naringidən istifadə ürək-damar xəstəliklərinin və diabetin qarşısının alınması üçün gözəl üsuldur.

Bundan əlavə, alimlər qeyd edirlər ki, naringi bizim orqanizmimizi vitaminlərlə zənginləşdirir, iştahanı artırır və həzmi sürətləndirir.

Xəbər lenti

Xəbər lenti