...

Dünyanın ən qocaman aktyoru, Hitlerin sevimli müğənnisi vəfat edib

Maraqlı Materials 26 Dekabr 2011 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Şənbə günü, dekabrın 24-də Almaniyanın cənubundakı Ştarnberq şəhərinin klinikasında Adolf Hitlerin və nasist rejiminin bütün tanınmış xadimlərinin sevimli ifaçısı Yohannes Hesters 108 yaşında dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə OpenSpace saytı Euronews-a istinadən xəbər verir.

"Şən dul qadın" operettasındakı rolu ona daha çox populyarlıq gətirib. O, bu rolu öz yaradıcılıq karyerasında 1600 dəfəyə yaxın ifa edib.

Nasistlərin Hesters yaradıcılığına olan sevgisinə görə o dəfələrlə özünü təmizə çıxartmalı olub.

Bir dəfə onun iştirakı ilə keçirilən televiziya verlişində onun arvadı Simon Hitlerin bütün dövrlərin ən dəhşərtli cinayətkarı olduğunu deyib. Buna cavab olaraq Hesters bildirib: "Bilirəm, əzizim. Lakin onun mənə münasibəti yaxşı olub!".

Hitlerin sevimlisi olması şöhrəti onu bütün həyatı boyu izləyib.

Onun vətəni Hollandiyaya 2008-ci ildə son qastrolu etiraz nümayişləri ilə müşayiət olunub. Eləcə də onun 1963-cü ildə Hollandiyadakı konsertində isə tamaşaçılar qulaqbatırıcı fit və əllərini qaldıraraq nasist salamını lağa qoymaqla onu səhnədən qovublar.

Xəbər lenti

Xəbər lenti