...

15 yaşlı amerikalı dünyanın ən hündür 7 zirvəsini fəth edib

Maraqlı Materials 26 Dekabr 2011 20:45 (UTC +04:00)
Amerikalı Cordan Romero 15 yaşında dünyanın ən yüksək 7 zirvəsinə çıxaraq rekorda imza atıb.
15 yaşlı amerikalı dünyanın ən hündür 7 zirvəsini fəth edib

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir M.Salmanov/

Amerikalı Cordan Romero 15 yaşında dünyanın ən yüksək 7 zirvəsinə çıxaraq rekorda imza atıb. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Ötən həftənin çərşənbə günü atası və ögey anası ilə birlikdə Antarktidakı Vinson Massivi dağına dırmaşmağa başlayan Cordan bazar günü axşam hündürlüyü 4892 metr olan zirvəyə çatmağı bacarıb.

Məlumata əsasən, Cordan 10 yaşında Afrikanın ən hündür zirvəsi Kilimancaronu, 13 yaşında isə dünyanın ən yüksək zirvəsi Everesti fəth edib.

"Ən böyük arzum dünyanın ən hündür zirvələrinə dırmaşmaq olub. Bu arzumu həyata keçirməkdə ailəm mənə kömək etdiyi üçün özümü çox şanslı hiss edirəm" , - o, bloqunda yazıb.

Əvvəlki rekord ingiltərəli Corc Atkinsona məxsus olub. Belə ki, o, 16 yaşında dünyanın ən hündür 7 zirvəsinə çıxmağı bacarıb.

Xəbər lenti

Xəbər lenti