...

Kağız dəsmallar mikrob mənbəyidir

Maraqlı Materials 3 Yanvar 2012 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Kanadanın Laval Universitetinin tədqiqatçıları əsasən ictimai ayaqyolularda rast gəlinən kağız dəsmallarda bakteriyaların mövcudluğunu araşdırarkən orada bütün nümunələrdə bakteriyalar aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə WebMD xəbər verir.

Daha çox bakteriyaya sellüloz lifinin emalından hazırlanmış dəsmallarda aşkar edilib. Dəsmallarda daha çox Bacillus tipli bakteriyalara təsadüf edilib. Həmin bakteriyalar, o cümlədən qida zəhərlənmələri əmələ gətirən toksinlər törətmək qabiliyyətinə malikdirlər. Həmçinin, dəsmallarda gözlərin, ağciyərlərin, qanın və mərkəzi sinir sisteminin infeksiya ilə yoluxmasına səbəb olan Bacillus cereus ştammı da aşkar edilib.
Kanada alimlərinin işi "American Journal of Infection Control" jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, bu bakteriyanın aşkar olunmuş miqdarı sağlam adamlar üçün qorxulu olmasa da, immun sistemi zəif olanlar üçün təhlükəlidir.

Kağızda bakteriyalar sellüzloz lifinin emalı prosesində nişasta və aşqarlardan istifadə olunmanın nəticəsidir. Onlar mikroblar üçün qida mənbəyi rolunda çıxış edirlər.

İstifadə olunmamış kağız dəsmallarda bakteriyaların aşkar olunmasını şərh edən ABŞ-ın Tibb Bacıları Akademiyasının prezidenti Anjela Qolden xəbərdarlıq edir ki, "əllərinizi qurulamaq üçün sizdə kağız dəsmaldan başqa heç nə yoxdursa, onda ümumiyyətlə əllərinizi heç yumamağınız məsləhətdir". Ekspertlər hesab edirlər ki, yuduqdan sonra əlləri qurulamağın ən gigiyenik yolu hava qurulamasıdır.

Xəbər lenti

Xəbər lenti