...

Meksikada dünyanın ən hündür asma körpüsünün açılışı olub

Maraqlı Materials 6 Yanvar 2012 18:54 (UTC +04:00)
Meksika Prezidenti Felipe Kalderonun iştirakı ilə ölkədə dünyanın ən hündür körpüsünün açılışı olub.
Meksikada dünyanın ən hündür asma körpüsünün açılışı olub

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir M.Salmanov/

Meksika Prezidenti Felipe Kalderonun iştirakı ilə ölkədə dünyanın ən hündür körpüsünün açılışı olub. Bu barədə cümə günü Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

"El Puente Baluarte" adlı körpünün hündürlüyü 403 metrdir. Məlumata əsasən, 4 zolaqlı körpünün eni 20 metr, uzunluğu isə 1124 metrdir.

Kalderonun sözlərinə görə, bu körpü Ginnesin Rekordlar Kitabına düşməyə haqq qazanıb. "Çünki mütəxəssislər körpünün bu növdə olan ən yüksək körpü olduğunu təsdiq ediblər", - o deyib.

Tikintisinə 2008-ci ildən başlanılan körpünün ümumi xərci 161,5 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti