...

Bir batareya ilə 15 il işləyən mobil telefon istehsal edilib

Maraqlı Materials 13 Yanvar 2012 19:25 (UTC +04:00)
"Xpal Power" şirkətinin hazırladığı "SpareOne" adlı mobil telefon bir AA batareyası ilə 15 il işləyə bilər.
Bir batareya ilə 15 il işləyən mobil telefon istehsal edilib

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir M.Salmanov/

"Xpal Power" şirkətinin hazırladığı "SpareOne" adlı mobil telefon bir AA batareyası ilə 15 il işləyə bilər. Bu barədə cümə günü Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Müasir mobil telefonların istehsalı artdıqca onların batareyalarının enerji saxlama müddəti azalmağa başlayır. Bu da mobil telefon istifadəçiləri üçün müəyyən problemlər yaradır. "SpareOne" mobil telefonu məhz bu problemləri aradan qaldırmaq üçün istehsal edilib.

"SpareOne"ın bir batareya ilə 15 il işləməsini təmin edən ən önəmli vasitə təbii ki, istifadə etdiyi "Energizer Ultimate Lithium L91" batareyasıdır.

Məlumata əsəsən, batareya telefonun tam mərkəzində yerləşdirilib. Buna görə də telefonun ekranına baxanda onu görmək mümkündür.

Əlavə heç bir üstünlüyü olmayan mobil telefon ancaq zəngin gedib-gəlməsi üçün yararlıdır.

Telefonun istehsal edilməsində əsas məqsəd təcili hallarda istifadə olunmasıdır. Telefonla fasiləsiz olaraq 10 saat danışmaq mümkündür. Cari ilin bu rübündə bazara çıxarılması gözlənilən telefonun qiymətinin 50 dollar olacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti