Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir M.Salmanov/
Dünyanın ən böyük zümrüd daşı yanvarın 28-də Kanadanın Kelouna şəhərində hərraca çıxarılacaq. 57 min karat olan zümrüd daşının ağırlığı 11,5 kiloqramdır. Bu barədə cümə axşamı Trend Türkiyənin "Radikal" qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, "Tedora", yəni "Tanrının hədiyyəsi" adı verilən zümrüd daşının 1,15 milyon dollardan baha satılacağı gözlənilir.
Kanadanın Kalqari şəhərinin ləl-cəvahirat tacirinə məxsus olan zümrüd daşı Braziliyada aparılan qazıntılar zamanı tapılıb. Onun yonulması isə Hindistanda həyata keçirilib.