...

Günəş sisteminin sürəti naməlum səbəblərdən zəifləyib

Maraqlı Materials 1 Fevral 2012 17:39 (UTC +04:00)
Alimlərdən ibarət beynəlxalq qrup belə qənaətə gəlib ki, Günəş sisteminin hərəkət sürəti ulduzlararası sahəni dolduran qaza nisbətən zəifləyir.
Günəş sisteminin sürəti naməlum səbəblərdən zəifləyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir X.Murtruzayeva/

Alimlərdən ibarət beynəlxalq qrup belə qənaətə gəlib ki, Günəş sisteminin hərəkət sürəti ulduzlararası sahəni dolduran qaza nisbətən zəifləyir. Onların apardıqları tədqiqatın nəticələri "Astrophysical Journal Supplement" jurnalında dərc olunub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Məlumatlar IBEX peyki (Interstellar Boundary Explorer - Ulduzlararası sahənin sərhədlərinin tədqiqatçısı) vasitəsilə əldə olunub. Peyk 2008-ci ilin oktyabrında orbitə buraxılıb və Yer ətrafında 300 min kilometrlik apogeylə güclü şəkildə dartılmış elliptik orbit üzrə hərəkət edir.

Neytral heliumun atomlarını izləyən və heliosferin daxilinə sərbəst nüfuz edən IBEX zondunun ölçməsi göstərir ki, 2009-2010-cu illərdə ulduzlararası mühitdə Günəş sisteminin sürəti saniyədə 22,8 kilometr təşkil edib. Eyni zamanda, 1993-cü ildə "Ulysses" kosmik cihazının analoji ölçməsi daha yüksək, yəni saniyədə 26,3 kilometr sürəti qeydə almışdı.

"Ulduzlararası mühitdə Günəş sisteminin sürətinin azalmasını hələ dərk etmək lazımdır. Hazırda bunun üzərində bir neçə elmi qrup, eləcə də bizim qrupumuz çalışır", - IBEX-in məlumatlarının analizində iştirak edən Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun laboratoriya müdiri Vladislav İzmodenov bildirib.

Alimlər istisna etmirlər ki, sürətdəki fərqlər Günəş sisteminin ulduzlararası mühitin Günəşin 19 il əvvəl yerləşdiyi regiondan fərqləndiyi qalaktika ərazisində olması ilə bağlı ola bilər.

IBEX-in məlumatlarının meydana çıxardığı çoxsaylı sualları hələ 1977-ci ildə orbitə buraxılan Voyager-1 və Voyager-2 cihazları da aydınlaşdıra bilər. Qeyd edək ki, birinci cihaz Günəş sisteminin staqnasiyalar regionu adlandırılan ərazisinə ötən ilin dekabrında çatıb. Onun ölçüsü tapmaca olaraq qalır və bu səbəbdən alimlər cihazın ulduzlararası sahədə nə vaxt olacağını deyə bilmirlər.

Xəbər lenti

Xəbər lenti