...

İnsanların sayı 8 milyarda çatacaq, sonra azalmağa başlayacaq

Maraqlı Materials 23 Aprel 2012 17:23 (UTC +04:00)
Yaxın illərdə insanların sayı 8 milyarda çatacaq, sonra isə azalmağa başlayacaq.
İnsanların sayı 8 milyarda çatacaq, sonra azalmağa başlayacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir X.Murtuzayeva/

Yaxın illərdə insanların sayı 8 milyarda çatacaq, sonra isə azalmağa başlayacaq. Trend-in məlumatına görə, məşhur ekoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksey Yablokov belə hesab edir.

"BMT-nin əhalinin sayının böyük artımı ilə bağlı proqnozları reallaşmır: bizim sayımız 11 milyard olmayacaq. Adamların sayı daha 20 il Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələri hesabına bir qədər artacaq, daha sonra isə bu artım (artıq kəskin yavaşıyan) dayanacaq və mənfi olacaq... Bizim sayımız səkkiz milyarddan çox olmayacaq, səkkizdən sonra azalma başlayacaq və onun hansı səviyyədə dayanacağı isə bizim ağlımızdan asılı olacaq", - Yablokov Rusiya KİV-ə müsahibəsində deyib.

Ekoloq alim proqnozlaşdırır ki, adamların sayının azalması həm biosferin həyatı dəstəkləyən funksiyalarının zəifləməsi, həm də insanların öz fəaliyyətlərindəki kimyəvi və radioaktiv tullantılardan tədricən zəhərlənməsi hesabına baş verəcək.

"Genetik yük kəskin artacaq: insanlar sağ qalır, amma bütünlüklə böyük sayda xırda mutasiyalarla. Əhalinin genlərinin cəmi kimi genetik fond hələ ki kəskin böyüyən genetik yükə dözür. Lakin mutasiyaların yükü getdikcə daha da ağırlaşacaq və o, bəşəriyyəti aşağı dartacaq: xəstələrin sayı getdikcə çoxalacaq. Əslində, bu artıq baş verir. Artıq yarış başlayıb. Hansı sürətlidir: sağlamlığın pisləşməsi (xərçənglər, allergiya, uşaqsalma və s.), yoxsa müalicənin yaxşılaşması? Ola bilsin ki, 50-70 ildən sonra belə olacaq: adamlar azalacaq, onların orta yaşama müddətinin uzun olması və sağlam uşaq nadir xoşbəxtlik olacaq", - agentliyin müsahibi əlavə edib.

BMT-nin məlumatına görə, 2011-ci il oktyabrın 31-də planetin əhalisi yeddi milyard nəfərlik tarixi həddi keçib. Qurumun qiymətləndirmələrinə görə, 2050-ci ilədək Yer kürəsinin əhalisinin sayı 9,3 milyard, yüzilliyin sonuna kimi isə 10 milyardı ötəcək.

Xəbər lenti

Xəbər lenti