...

Titan ürək ilk dəfə insan üzərində sınaqdan keçirilib

Maraqlı Materials 29 May 2012 15:25 (UTC +04:00)
İtaliyada alimlər cəmi 11 qram çəkisi olan titan ürəyin nəql edilməsi əməliyyatını uğurla həyata keçiriblər.
Titan ürək ilk dəfə insan üzərində sınaqdan keçirilib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir X.Murtuzayeva/

İtaliyada alimlər cəmi 11 qram çəkisi olan titan ürəyin nəql edilməsi əməliyyatını uğurla həyata keçiriblər. Onların sözlərinə görə, bu, dünyada ən kiçik süni ürəkdir. Belə əməliyyat 16 yaşlı oğlanın həyatını xilas etməyə imkan verib. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.

Titan ürək əsl donor orqanının köçürülməsi əməliyyatınadək oğlanın yaşamasına imkan verib. Miokardipatiya (miokardın distrofiyası) xəstəliyindən əziyyət çəkən oğlanın ürəyi qanı normal qova bilmirdi. Üstəlik, infeksiya da inkişaf edirdi. İndi isə xəstə özünü normal hiss edir.

Cərrah Antonio Amodeonun sözlərinə görə, titan ürək tibbdə əsl inqilabdır. O, perspektivdə orqanın oxşar əvəz edilməsinin daimi olacağını istisna etmir. Titan implantant dəqiqədə 1,5 litr qan qovur. Əgər süni ürəyin uşaq versiyasının çəkisi 11 qramdırsa, yaşlılar üçün bu, 900 qram təşkil edir.

Titan ürəyin müəllifi amerikalı həkim Robert Yarvikdir. Buna qədər o bu cihazı yalnız heyvanlar üzərində sınaqdan keçirib.

Proseduru həyata keçirmək üçün İtaliyadakı hospitalın əməkdaşlarına Yarvikin və İtaliyanın səhiyyə nazirinin şəxsi icazəsi lazım olub.

Xəbər lenti

Xəbər lenti