...

Daimi stress uşaq beyninin qurumasına yol açır

Maraqlı Materials 9 İyun 2012 11:40 (UTC +04:00)
Xroniki stress uşaq beyninin yaddaşla bağlı zonasını kiçildir. Bu isə uşağın koqnitiv qabiliyyətlərində mənfi iz qoyur. Bu kəşf ABŞ-ın Viskonsin-Medison Universitetinin alimlərinə məxsusdur. Trend Rusiya KİV-ə istinadən məlkumat verir
Daimi stress uşaq beyninin qurumasına yol açır

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir X.Murtuzayeva/

Xroniki stress uşaq beyninin yaddaşla bağlı zonasını kiçildir. Bu isə uşağın koqnitiv qabiliyyətlərində mənfi iz qoyur. Bu kəşf ABŞ-ın Viskonsin-Medison Universitetinin alimlərinə məxsusdur. Trend Rusiya KİV-ə istinadən məlkumat verir.

Belə ki, stresslə üzləşən uşaqlar qısamüddətli yaddaş testlərinin öhdəsindən çətinliklə gəlirlər. Tədqiqatçı Cemi Hensonun sözlərinə görə, ailəyə hücum, uşaqda və ailə üzvlərindəki xroniki xəstəlik bu tipdən olan streslərlə əlaqələndirilə bilər.

Bundan əvvəl aparılan tədqiatlar nəticəsində məlum olub ki, zorakılığa məruz qalan uşaqlar hüceyrə səviyyəsində sürətlə qocalırlar. Buradan belə çıxır ki, stress həm də ömrü qısaldır. Bu dəfə alimlər 9-14 yaşlarında 61 uşağın yaddaşının keyfiyyətini yoxlamağı qərar alıblar.

Uşaqları sorğu-sual edərək onların beyinlərini skan ediblər. Maqnit rezonans tomoqrafiya (MRT) göstərib ki, stressin xüsusilə yüksək səviyyəsində olan uşaqlar ön beyin qabığının qurşaq əyriliyinin ölçüsünün azalması ilə fərqlənirlər.

Beyindəki bu sahə məkani işçi yaddaş məlumatlarının emalı daxil olmaqla emosional və koqnitiv tapşırıqların icrası üçün lazımdır. Həmçinin stress boz və ağ maddənin qurumasına da səbəb olur. O, göründüyü kimi, beynin kimyəvi tərkibinin də dəyişməsinə gətrib çıxarır.

Xəbər lenti

Xəbər lenti