...

Amerikalı milyarderə 110 il həbs cəzası verilib

Maraqlı Materials 15 İyun 2012 13:24 (UTC +04:00)
Texaslı milyarder Robert Allen Stenford maliyyə piramidası yaratdığına görə 110 il həbsə məhkum edilib. Belə bir qərarı dünən Hyuston (Texas ştatı) məhkəməsi çıxarıb. Trend Rusiya KİV-ə istinadən yazır.
Amerikalı milyarderə 110 il həbs cəzası verilib

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir X.Murtuzayeva/

Texaslı milyarder Robert Allen Stenford maliyyə piramidası yaratdığına görə 110 il həbsə məhkum edilib. Belə bir qərarı dünən Hyuston (Texas ştatı) məhkəməsi çıxarıb. Trend Rusiya KİV-ə istinadən yazır.

İstintaq iş adamının fəaliyyəti nəticəsində əmanətçilərin 7 milyard dollar itirdiyini müəyyən etməyə nail olub. Bu halda Stenford özü müxtəlif iqtisadi layihələrin inkişafı və onun cinayətkar fəaliyyətinin üstünün açılmamasına kömək edən şəxslərin pulla ələ alınması ilə məşğul olub.

Andlılar bu ilin martında onun ittihamnamənin 14 bəndindən 13-ü üzrə günahkar olduğunu təsdiqləyib. İttiham tərəfi iş adamı üçün 230 il həbc cəzası tələb edib. Müdafiə isə Stenfordun 44 aylıq həbs olunmasını israr edib. Qeyd edək ki, o bu müddəti hələ proses getdiyi zaman artıq həbsdə keçirib. Tərəflərin hökmlə bağlı appelyasiya verib-verməyəcəkləri hələlik məlum deyil. Maliyyəçi özünü günahkar hesab etmir. Bu barədə "USA Today" yazır.

Xatırladaq ki, Robert Allen Stenford 2009-cu ilin aprelində həbs edilib. Bundan sonra Qiymətli Kağızlar Komitəsi ona qarşı böyük maliyyə fırıldağı törətməklə bağlı ittiham irəli sürüb. Fırıldağçılıq 15 il ərzində "Pontsi sxemi" adlandırılan qayda üzrə həyata keçirilib. Belə ki, Stenford inanılmaz yüksək faiz dərəcələri vəd edərək müştərilərə sığortalanmamış depozit sertifikatları satıb. Sertifikat sahiblərinə yüksək gəlirlər yeni əmanətçilərin vəsaitləri hesabına ödənilirmiş.

Xatırladaq ki, ABŞ-da buna bənzər ən hay-küylü iş Berhard Medoffun adı ilə bağlıdır. 2009-cu ildə o,əmanətçiləri 65 milyard vəsaitdən məhrum edən tarixdə ən iri maliyyə piramidası yaratdığına görə 150 illik həbs cəzasına məhkum edilib.

Xəbər lenti

Xəbər lenti