...

Kişilər yalan danışmağa və kələk gəlməyə daha həvəslidirlər

Maraqlı Materials 25 İyun 2012 19:10 (UTC +04:00)
İş rəqabətə gəldikdə, kişilər qadınlara nisbətən əxlaqa etinasız yanaşmağa daha çox hazırdırlar.
Kişilər yalan danışmağa və kələk gəlməyə daha həvəslidirlər

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir X.Murtuzayeva/

İş rəqabətə gəldikdə, kişilər qadınlara nisbətən əxlaqa etinasız yanaşmağa daha çox hazırdırlar. Aparılan testlərin nəticələrinə görə, kişilərin davranışındakı sədaqətsizlik onları öz comərdliklərini kənara qoymağa məcbur edən sosial-mədəni kontekstlə bağlıdır. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Belə ki, uğurun birbaşa kişinin gücü ilə bağlı olduğu sahələrdə güclü cinsin nümayəndələri həvəslə yalan danışır və biclik edirlər. Bu nəzəriyyəni Lora Krey və Maykl Heyzelhanın elmi işləri təsdiq edir. Alimlər müəyyən ediblər ki, əksər hallarda uduzmaq kişilər üçün birbaşa təhlükə kimi qəbul edilir.

Bu vəziyyət təcrübələr çərçivəsində sınaqdan keçirilib. Başlanğıc üçün könüllülərdən ibarət qrupa vəziyyəti qiymətləndirməyi təklif edirlər (yaşlı cütlük alıcının binanı saxlayacağına ümid edərək evini satır, amma alıcı binanı tamamilə sökmək istəyir). Bununla paralel olaraq, iştirakçılara onların gözlərində danışıqların kişi obrazı ilə nə qədər əlaqələndirildiyindən bəhs edirlər.

Məlum olub ki, kişilər evin alıcısının öz planları barədə danışmamasını daha məqsədəuyğun fakt hesab edirlər. Oxşar siyasətə xüsusən danışıqlar aparmaq bacarığının kişiyə məxsus xüsusiyyət olduğuna əmin olanlar tərəfdar olublar. Düzdür, əgər kişi satıcı tərəfində olurdusa, vəziyyət əksinə formalaşırdı. Qadınlar isə öz mövqeyini dəyişmirdilər.

Əlavə tədqiqatlar göstərir ki, kişilər çox vaxt öz cəbbəxanalarından yalan vədləri, saxtalaşdırılmış, şikəst edilmiş informasiyaları istismar etmirlər. Lakin iş burasındadır ki, bir çox hallarda söhbət insanın maliyyə statusunun, onun peşəkar vəziyyətinə təhlükə yaradan, yaxud onun zəifliyinə təzyiq göstərilən zaman yaranmış situasiyadan gedir.

Xəbər lenti

Xəbər lenti