...

Rusiyalı turist İtaliyada 110 min avro udub

Maraqlı Materials 9 İyul 2012 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Toskan sahillərində istirahət Rusiyadan olan 40 yaşlı turist üçün çox uğurlu olub. Belə ki, o, Lido-di Kamayore (Lukki vilayəti) kurort şəhərində istirahət zamanı "Cash and Fruits" videolotereyasında oyun avtomatında 110 min avro udub. Bu barədə Trend Baltinfo.ru saytına istinadən yazır.

Elə həmin zalda oyun avtomatında belə böyük məbləğlər əvvəllər də udulub. 2011-ci il sentyabrın 14-də Apuliya sakini burada 124 min avro udub.

Xəbər lenti

Xəbər lenti