...

Dünyanı "yıxan" maliyyəçilərin haqsızlığıdır

Maraqlı Materials 11 İyul 2012 17:28 (UTC +04:00)
Dünya ölkələrinin iqtisadiyyatları böhran içində olduğu bir vaxtda ABŞ-da top-menecerlər arasında aparılan sorğu tənəzzülün əsl səbəbini aşkara çıxarıb.
Dünyanı "yıxan" maliyyəçilərin haqsızlığıdır

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir X.Murtuzayeva/

Dünya ölkələrinin iqtisadiyyatları böhran içində olduğu bir vaxtda ABŞ-da top-menecerlər arasında aparılan sorğu tənəzzülün əsl səbəbini aşkara çıxarıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Bir zamanlar Sinopda çəllək içində yaşayan və gündüz əlində çıraqla gəzib insan axtardığını söyləyən məşhur yunan filosofu Diogeni bu gün daha yaxşı anlamaq olur. Xüsusilə də dünyanın aparıcı maliyyə mərkəzlərindən olan Uoll Stritdə gedən oyunların fonunda...

Belə ki, ABŞ-ın Nyu-York şəhərinin maliyyə rayonunun tarixi mərkəzi hesab edilən Uoll Stritdə menecerlər arasında aparılan sorğu zamanı maraqlı bir reallıq ortaya çıxıb. Sorğu zamanı onların açıq-aşkar haqsızlıq tərəfdarı olduqları məlum olub.

Beləliklə, menecerlər müvəffəqiyyətin sirləri arasında vəzifədən sui-istifadə etmə və ya əxlaqa zidd davranışı önə çəkirlər. Onların dörddə biri burada hər hansı bir qüsurun olmadığını bildirib.

ABŞ-da yüksək vəzifəli 500 menecerin 26 faizi iş yerində müəyyən ölçülər daxilində vəzifədən sui-istifadə edilməsini yolverilən və daha çox müvəffəqiyyət əldə etmək üçün bunun problem olmadığını hesab edir. 24 faiz isə etik olmayan bəzi davranışların qəbul edilə biləcəyini bildirir. Üstəlik, o da məlum olub ki, anket sorğusunda iştirak edənlərin 16 faizi Insider Trading-ə (daxildən məlumat vermə) isti münasibət bəsləyir.

Buradan belə qənaətə gəlmək olar ki, maliyyə dünyasında vəzifədən sui-istifadə etməyə qəbul edilə bilən bir həqiqət kimi baxılırsa, deməli, iqtisadiyyatlardakı "çalxalanmalar"ın səbəbini də çox uzaqda axtarmaq lazım deyil. Belə olan halda gündüz əlində çıraq insan axtaran Diogenlərə də ehtiyac arta bilər.

Xəbər lenti

Xəbər lenti