...

Evdən çıxmadan super star oldu

Maraqlı Materials 24 İyul 2012 10:24 (UTC +04:00)
Agorafobiyadan (açıq məkana çıxmaq qorxusu) əziyyət çəkən və buna görə də 3 ildir öz evini tərk etməyən ingilis qız dünya miqyasında tanınan super stara çevrilib.
Evdən çıxmadan super star oldu

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir X.Murtuzayeva/

Agorafobiyadan (açıq məkana çıxmaq qorxusu) əziyyət çəkən və buna görə də 3 ildir öz evini tərk etməyən ingilis qız dünya miqyasında tanınan super stara çevrilib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

İngiltərənin Vorcestarşir bölgəsində yaşayan və evində yaratdığı studiyada musiqi bəstələyən 21 yaşlı Cemma Hikson xüsusilə Çində böyük pərəstişkar kütləsinə malikdir. Onun musiqi videolarına 12 milyon dəfə baxılıb. Beləliklə də, bu gənc qız dünyanın ən parlaq ulduzlarını belə kölgədə qoyub.

Qeyd edək ki, Cemmanın "Never Let Go" adlı ilk sinqlı keçən həftə buraxılıb.

Xəbər lenti

Xəbər lenti