...

Dünyadakı ən balaca qız məktəbə gedir (FOTO)

Maraqlı Materials 25 Sentyabr 2012 13:28 (UTC +04:00)
Dünyadakı ən kiçik qızcığaz olan Şarlotta Qaysardın boyu 68 santimetr, çəkisi isə 4,5 kiloqramdan azdır.
Dünyadakı ən balaca qız məktəbə gedir (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Dünyadakı ən kiçik qızcığaz olan Şarlotta Qaysardın boyu 68 santimetr, çəkisi isə 4,5 kiloqramdan azdır. O, bu ildən məktəbə getməklə həyatında ən mühüm addımı atıb. Beş yaşlı "Düyməciyin" valideynləri təhsilin ona normal həyat üçün şans verəcəyinə ümid edirlər. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Şarlotta elm almaq üçün ötən həftədən Böyük Britaniyanın Şərqi York qraflığındakı adi məktəbə gedir. Qızın valideynləri Skott Qaysadr və Emma Nyuman övadlarının həyatda öz yerini tapacağına əmindirlər: "Şarlottanın son dərəcə nadir xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, o, ikinci rolda olmaq istəyən adam deyil. Ola bilər ki, onun boyu balacadır, amma o güclü şəxsiyyətdir və həmyaşıdlarının etdiklərini etmək istəyir".

Valideynlərinin sözlərinə görə, Şarlottanın xəstəliyi onun öyrənmək həvəsinə mane olmur. Anası öz qızını məktəbə göndərərkən başqa uşaqların onu zədələyəcəklərindən ehtiyatlanır. Amma ona xüsusi tərbiyəçi nəzarət edir və "o, göründüyü kimi kövrək deyil".

Qeyd edək ki, Şarlotta Qaysard hətta həkimlərin ad belə fikirləşmədikləri cırtdan xəstəliyinin son dərəcə nadir növündən əziyyət çəkir. Doğularkən qızın çəkisi 1 kiloqrama yaxın, boyu isə cəmi 25 santimetr olub. O zaman körpəyə kukla paltarları geyindirirmişlər. Həkimlər onun bir ildən çox yaşamayacağını bildiribmişlər.

Qızcığaz həkimlərin səhv etdiklərini sübut etsə də, o, əvvəlki kimi yeni doğulan körpələr üçün paltarlar geyinir. Sevimli pişiyi isə ondan lap azacıq kiçikdir. Bundan başqa "Düyməciyin" immun sistemi zəifdir və psixi inkişafında ləngimə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti