...

Epileptik tutmalara qarşı plastır satışa çıxarılıb

Maraqlı Materials 14 Noyabr 2012 19:43 (UTC +04:00)
Avropada epileptik tutmalara qarşı plastır satışa çıxarılıb. Onu yatarkən alına yapışdırmaq lazımdır.
Epileptik tutmalara qarşı plastır satışa çıxarılıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Avropada epileptik tutmalara qarşı plastır satışa çıxarılıb. Onu yatarkən alına yapışdırmaq lazımdır. Plastırda beyni stimullaşdıran elektrodlar var. Sübut edildiyi kimi, belə plastır epileptik tutmaların sayını azaldır və əhvali-ruhiyyəni yaxşılaşdırır. Bu barədə Trend Britaniyanın "Teleqraf" qəzetinə istinadən məlumat verir.

Plastır və ya üçlü sinirin xaricdən stimulyasiya sistemi beldə daşınan stimulyatora bərkidilir. Buraxılan impulslar epileptik tutma zamanı aktivləşən beynin hissələrini birləşdirən üçlü sinirin əsas çıxıntılarına tuşlanır. Qeyd edək ki, həmin sinir əhvali-ruhiyyəni nizama salır.

Plastırın istehsalçısı olan "Neyrosigma" şirkəti epilepsiyanın və ağır depressiyanın müalicəsi üçün nəzərdə tutulan ixtirasının Avropa İttifaqında tətbiqi üçün yalnız yaxın vaxtlarda "xeyir-dua" ala bilib. Plastırın yoxlanmasında xəstəliyinə nəzarət etməyin mümkün olmadığı 50 epileptik iştirak edib. Nəticədə onlarda simptomların kəskinliyinin 40 faizdən çox azaldığı qeydə alınıb. Habelə bu xəstələrdə emosional fon da yüksəlib.

Eyni zamanda, plastırdan istifadə etməklə depresiyadan və ya posttravmatik stress nasazlığından əziyyət çəkən şəxslərdə simptomların 70 faizədək azalmasına nail olmaq da mümkündür. Buna baxmayaraq, cihazın təsirinin nə qədər davam edəcəyi hələ tam aydın deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti