...

Qadınlar nə üçün daha çox yaşayırlar?

Maraqlı Materials 24 Dekabr 2012 11:21 (UTC +04:00)
Qadınların kişilərə nisbətən daha uzun ömür sürmələrinin səbəbi məlum olub. Bu barədə Trend Türkiyə KİV-inə istinadən xəbər verir.
Qadınlar nə üçün daha çox yaşayırlar?

Azərbaycan, Bakı, 24 dekabr / Trend, müxbir X.Murtuzayeva/

Qadınların kişilərə nisbətən daha uzun ömür sürmələrinin səbəbi məlum olub. Bu barədə Trend Türkiyə KİV-inə istinadən xəbər verir.

ABŞ-ın Nyukasl Universitetinin professoru Tom Kirkvudun rəhbərlik etdiyi bir qrup alim tərəfindən aparılan araşdırmaya görə, kişilərə nisbətən qadınların orqanizmi zədələnmiş hüceyrələri daha uğurla bərpa edir.

Nəzəriyyəyə görə, orqanizmdəki yaşlanma prosesi zədələnmiş hüceyrələrin bərpa səviyyəsini müəyyən edən genlər tərəfindən idarə edilir. Bəzən belə hüceyrələrdən xilas olmaq mümkün olmur, çünki bu zədə sərbəst radikallar tərəfindən törədilir. Qeyd edək ki, hüceyrələrin zədələnməsi DNT-in və ya hüceyrə pərdəsinin quruluşunu pozur. Belə pozğunluq isə siqaret çəkmək kimi amillər nəticəsində ortaya çıxır. O da bildirilir ki, kişilərdə ölüm hallarının böyük bir hissəsi ürək xəstəlikləri nəticəsində baş verir. Qadınlarda isə estrogen hormonunun ürək narahatlıqlarından qoruduğu iddia edilir.

Orqanizmin yaşlanması əvvəlcədən proqramlaşdırılması mümkün olmayan proses hesab edilir. Çünki hüceyrələri bərpa edən genlərin dəyişdirilməsi və ya onların nəzarət altına alınması mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti