...

2012-ci ildə planetin ən zəngin adamı

Maraqlı Materials 2 Yanvar 2013 15:31 (UTC +04:00)
2012-ci ilin yekunları üzrə planetin ən zəngin adamı 75 milyard dollarlıq şəxsi sərvəti ilə meksikalı Karlos Slim olub.
2012-ci ildə planetin ən zəngin adamı

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

2012-ci ilin yekunları üzrə planetin ən zəngin adamı 75 milyard dollarlıq şəxsi sərvəti ilə meksikalı Karlos Slim olub. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Ümumilikdə, ötən 2012-ci il ərzində dünyanın yüz ən varlı adamının ümumi sərvəti 241 milyard dollar artaraq 1,9 trilyon dollara çatıb. Bu hesablamalar "Blumberq" agentliyi tərəfindən aparılıb və dərc olunub.

Son 12 ayda gəlirlərin ən böyük - 20 faizlik artımı telekommunikasiya biznesi və pərakəndə ticarətlə məşğul olanlarda baş verib.

2012-ci ildə öz sərvətinin artımı üzrə dünya lideri "Zara" markası daxil olmaqla, hazır geyim mağazaları şəbəkəsinə malik olan 76 yaşlı ispan Amansio Orteqa olub. Ötən ildə onun varidatı 22,2 milyard dollar artaraq 57,5 milyard dollara çatıb. Orteqa "Inditex" ticarət qrupuna nəzarət edir. Qrupa dünyanın 77 ölkəsində 5 min mağazadan ibarət hazır geyim ticarəti üzrə şəbəkə aiddir. O, həmçinin daşınmaz əmlak və qaz sənayesinə yatırımlarla məşğul olur.

Nəticədə Orteqa planetin ən zəngin insanlarının üçlüyünə daxil olaraq üçüncü mövqeni tutub. Bu halda o, sərvəti 47 milyard dollar təşkil edən əfsanəvi ABŞ maliyyəçisi Uorren Baffeti bu üçlükdən sıxışdıraraq çıxarıb.

Ötən ildə dünyanın ən zəngin insanı kimi liderliyi telekommunikasiya biznesi ilə məşğul olan 72 yaşlı meksikalı Karlos Slim saxlamaqda davam edib. O, ötən il ərzində sərvətini 13,4 milyard dollar və ya 21,6 faiz artıraraq 75 milyard dollara çatdırıb. Bu halda Slim əsas gəlirini mobil rabitədə deyil, son aylar ərzində öz bank və sığorta biznesindən əldə edib.

Reytinqin ikinci mövqeyində 63 milyard dollarlıq varidatla amerikalı Bil Qeyts qərarlaşıb. O, ötən il ərzində öz sərvətini 7 milyard dollar da artırıb. Dördüncü yerdə artıq adı çəkilən Baffet olub.

IKEA sirkətinin sahibi, İsveç sahibkarı, 86 yaşlı İnqvar Kamprad 42,9 milyard dollar həcmində şəxsi varidatı ilə varlıların birinci beşliyini tamamlayır.

2012-ci ildə işinin nəticəsinə görə planetin 100 ən zəngin insanı arasında yalnız 16 nəfərin kapitalında təmiz itkilər müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti