Azərbaycan, Bakı, 9 mart /Trend/
ABŞ-ın Cənubi Dakota ştatında qəbul edilən qanuna əsasən, müəllimlər məktəbdə silah daşıya biləcəklər.
Trend-in şənbə günü Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, üzərində silah daşıyacaq müəllimlərə silah təlimi keçirilməsi də nəzərdə tutulur.
Qanuna əsasən, müəllimlərdən başqa, məktəb işçiləri də silah gəzdirə biləcəklər. Bu ilin iyul ayında qüvvəyə minəcək qanuna görə, müəllimlərin silah daşıyıb-daşımayacaqlarına məktəb direktorları qərar verəcəklər.
Həmin müəllimlərə "gözətçi müəllimlər" deyiləcək.