...

Aviaşirkət sərnişinin itini səhvən İrlandiyaya göndərib

Maraqlı Materials 18 Mart 2013 12:27 (UTC +04:00)
Amerikanın "United Airlines" aviaşirkəti səhvən sərnişinlərin itini Arizona əvəzinə İrlandiyaya göndərib.
Aviaşirkət sərnişinin itini səhvən İrlandiyaya göndərib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.Tanrıverdiyev/

Amerikanın "United Airlines" aviaşirkəti səhvən sərnişinlərin itini Arizona əvəzinə İrlandiyaya göndərib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Lenta.ru" "ABC Nyus"a istinadən xəbər yayıb.

Hadisə Nyu-Yorkdan Arizonaya köçən ailənin başına gəlib. Ailə Xendriks adlı iti ayrı reyslə göndərib. Ailə Arizonada yerə enəndən sonra aviaşirkətdən onlara zəng edərk bildiriblər ki, it səhvən İrlaniyaya göndərilib.

Aviaşirkət iti yetirdməyi, gəzdirməyi, yumağı və həmçinin, onu geri qaytarmağı öz öhdəsinə götürüb. Daha sonra it Nyu-York ştatına geri gətirilib və müvəffəqiyyətlə Arizonaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti