...

Günəşdə üçüncü güclü partlayış olub

Maraqlı Materials 14 May 2013 10:35 (UTC +04:00)
Son iki gündə Günəşdə sayca üçüncü güclü partıayış baş verib. Trend-in çərşənbə axşamı "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Tətbiqi Geofizika İnstitutunun nümayəndəsi xəbər verib.
Günəşdə üçüncü güclü partlayış olub

Azərbaycan, Bakı, 14 may /Trend/

Son iki gündə Günəşdə sayca üçüncü güclü partıayış baş verib. Trend-in çərşənbə axşamı "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Tətbiqi Geofizika İnstitutunun nümayəndəsi xəbər verib.

Nümayəndə deyib: "X-3 sinfindən olan növbəti partlayış sayca üçüncüdür. Partlayış Bakı vaxtı ilə səhər saat 06:00-da qeydə alınıb. Buraxılan kütlə Yerətrafı məkana mayın 17-18-də çatacaq və maqnit qasırğası yarada bilər".

Qeyd edəki ki, Günəş partlayışları Rentgen şüalanmasının gücündən asılı olaraq A, B, C, M və X olmaqla 5 sinfə bölünür.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti