...

Qeyri-adi araşdırma: insanda dişlərin yenidən bərpasının sirri timsahlardadır

Maraqlı Materials 17 May 2013 11:13 (UTC +04:00)
ABŞ, Çin və Tayvandan olan bir qrup alim timsahların diş yetişdirmək bacarıqlarının arxasında hansı mexanizmin dayandığını müəyyənləşdiriblər.
Qeyri-adi araşdırma: insanda dişlərin yenidən bərpasının sirri timsahlardadır

Azərbaycan, Bakı, 17 may /Trend/

Dişlər insana bütün həyatı boyu lazımdır. İndiyədək alimlər insan dişlərinin bərpası üçün müxtəlif yeni metodlar işləyib hazırlayıblar. Bu yaxınlarda onlar müəyyən ediblər ki, dişlər böyütmək imkanına malikdir və buna timsahlar kömək edəcəklər. Belə ki, Amerikada yaşayan timsahların 80 dişi var. Hər diş isə təxminən ildə bir dəfə yenisi ilə əvəz olunur. Bütün həyatı boyu timsah təxminən 4000 diş dəyişdirir. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

ABŞ, Çin və Tayvandan olan bir qrup alim timsahların diş yetişdirmək bacarıqlarının arxasında hansı mexanizmin dayandığını müəyyənləşdiriblər. İnsanlarda isə bu, dişlərin yerində artıq dişlərin və ya şişlərin böyüməsi ilə müşayiət olunan genetik sapmalarla özünü büruzə verə bilər.

Alimlər timsahların müxtəlif inkişaf mərhələlərində onların dişlərinin şəklini xüsusi olaraq çəkiblər. Bunun üçün cavan timsahlara toxumalarda hüceyrələrin çoxalması zamanı onların vizuallaşmasına kömək edən birləşmə yeridilib.

Məlum olub ki, timsahlarda ön dişlərin altında hələ rüşeym halında olan dişlər var. Ekspertlər hətta orqanizmin hansı reaksiya verəcəyini müəyyən etmək məqsədi ilə dişləri çıxardırlar.

Belə nəticə əldə olunur ki, diş plastinkasında gövdə hüceyrələrinin ehtiyatı yerləşir. Onlar bu və digər yeni dişlərin böyüməsinə kömək edirlər. Habelə timsahlarda dişlərin böyüməsi prosesnə məhz hansı genlərin rəhbərlik etdiyini aydınlaşdırmaq üçün də təcrübələr həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti