...

Katolik kilsəsindən tarixi qərar

Maraqlı Materials 29 İyul 2013 19:13 (UTC +04:00)
Dünyada ilk dəfə olaraq katolik kilsəsində ateist cütlüklərin nikah mərasimlərinin keçirilməsinə icazə verilib.
Katolik kilsəsindən tarixi qərar

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Dünyada ilk dəfə olaraq katolik kilsəsində ateist cütlüklərin nikah mərasimlərinin keçirilməsinə icazə verilib. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu tarixi addım İrlandiyada adət-ənənələrə ifrat dərəcədə bağlı olan katolik kiləsəsi tərəfindən atılıb.

İndiyədək bir neçə ateist cütlük kilsədən nikah şəhadətnaməsi alıb. Kilsə daha əvvəl onların ateist olduqlarını əsas gətirərək bu qrupdan olan insanlara nikah şəhadətnaməsi vermirdi.

Məlumata görə, kilsədə evlənmək üçün artıq 595 müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti