...

Səkkiz saat astronomik ilə malik planet kəşf olunub

Maraqlı Materials 20 Avqust 2013 15:08 (UTC +04:00)
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun astronomları "Kepler" teleskopunun köməyi ilə Günəş sistemindən kənarda yerləşən və öz ulduzu ətrafında cəmi 8,5 saat ərzində tam dövrə vuran planet kəşf ediblər. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir. Planet haqqında məlumat ali məktəbin saytında dərc olunub.
Səkkiz saat astronomik ilə malik planet kəşf olunub

Azərbaycan, Bakı, 20 avqust /Trend/

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun astronomları "Kepler" teleskopunun köməyi ilə Günəş sistemindən kənarda yerləşən və öz ulduzu ətrafında cəmi 8,5 saat ərzində tam dövrə vuran planet kəşf ediblər. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir. Planet haqqında məlumat ali məktəbin saytında dərc olunub.

"Kepler 78b" adı verilən planet Yerdən 700 işıq ili məsafədə yerləşir. O, öz orbiti üzrə Merkuridən 40 dəfə yavaş hərəkət edir. Bu orbitin radiusu isə ulduzun öz radiusunundan cəmi üç dəfə böyükdür.

Planetin bir tərəfi daim öz ulduzuna yönəlib. Fiziklərin hesablamalarına görə, ulduzun temperaturu təxminən üç min dərəcə Selsi təşkil edir. Bu səbəbdən də bu səth daim yanan lava ilə örtülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti