Azərbycan, Bakı, 21 oktyabr /Trend/
Tailandın cənub sahillərində yerləşən Krabi şəhərində ən ağır sazan balığı ovlanıb.
Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, sazan balığını iki ingiltərəli balıqçı Keyt Vilyams və Stüart Gilhem ovlayıblar.
Sazan balığının 61 kiloqram çəkisi var. Onu ovlamaq üçün ingiltərəlilər 25 dəqiqə tər tökməli olublar.
Ovlanan balığın indiyədək tutulan ən ağır sazan balığı olduğu bildirilir.