...

1,25 milyon dolları zibil qutusuna atdı

Maraqlı Materials 1 May 2014 12:35
ABŞ-ın Pensilvaniya ştatının York şəhərinin sakini aldığı lotereya biletlərinin uduşlu olduğunu bilmədiyi üçün biletləri onları əldə etdiyi ərzaq mağazasının zibil qutusuna atıb.
1,25 milyon dolları zibil qutusuna atdı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 may /Trend/

ABŞ-ın Pensilvaniya ştatının York şəhərinin sakini aldığı lotereya biletlərinin uduşlu olduğunu bilmədiyi üçün biletləri onları əldə etdiyi ərzaq mağazasının zibil qutusuna atıb. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

Satıcı Vendi Hinton "The York Daily Record" onlayn dərgisinə danışıb ki, "milyonçu" uzun illər "Quinto" lotereyasının biletlərini alırdı və həmişə kartlarda eyni nömrələri qeyd edirdi. Bir dəfə inadkar oyunçu apardı. Belə ki, o, beş rəqəmin hamısını tapdı, həm də bunu 25 dəfə, yəni alınmış biletlərin sayı qədər edib: "O, birdəfəyə 400 dollarlıq bilet aldığına görə həyəcan keçirirdi".

Hər biletin mükafat məbləği 50 min dollar idi. Beləliklə, pensilvaniyalı ümumilikdə 1,25 milyon dollar udmuşdu. Amerikalının xoşbəxt biletləri atmasına isə adi diqqətsizlik səbəb olub. V.Hinton xatırlayır ki, diqqətsiz alıcı biletləri itirdiyini biləndə "az qala dəli olmuşdu".

2014-cü ilin fevralında "Pennsylvania Lottery" lotereyasının təşkilatçısı olan şirkət öz saytında udan biletlərin nömrələrini çap edib və xatırladıb ki, qalib pulları 2014-cü ilin 13 martından gec olmayaraq almalıdır. "Pennsylvania Lottery"nin nümayəndəsinin sözlərinə görə, uduşlu biletlər yalnız nadir hallarda tələb olunmamış qalır. Belə vəziyyətdə pul lotereya fonduna qayıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti