...

ABŞ məhkəməsi ilk dəfə Quantanamoda məhbusun məcburi yedizdirilməsini qadağan edib

Maraqlı Materials 17 May 2014 12:45 (UTC +04:00)
ABŞ-ın federal hakimi Quantanamo həbsxanasında aclıq elan etmiş suriyalı məhbusun məcburi yedizdirilməsinin müvəqqəti dayandırılması barədə qərar verib.
ABŞ məhkəməsi ilk dəfə Quantanamoda məhbusun məcburi yedizdirilməsini qadağan edib

Azərbaycan, Bakı, 17 may /Trend/

ABŞ-ın federal hakimi Quantanamo həbsxanasında aclıq elan etmiş suriyalı məhbusun məcburi yedizdirilməsinin müvəqqəti dayandırılması barədə qərar verib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Dairə hakimi Qledis Kesslerin qərarına görə, Əbu Vail Diabın məcburi yedizdirilməsi proseduru mayın 21-nə təyin olunmuş dinləmələrə qədər dayandırılır. Hakim, həmçinin həbsxana işçilərinə məhbusların yeməkdən imtina etdikləri halda onları kameralardan zorla qovmağı da qadağan edib.

Bu, Kubadakı Quantanamo məhbəsində cəza çəkənlərə qarşı məcburi yedirilmə prosedurunun dayandırılması ilə bağlı ilk məhkəmə qərarıdır. 2013-cü ildə kütləvi aclıq aksiyası zamanı ən azı 46 nəfərdən 166-dək məhkuma məcburi yemək yedizdirilmişdi.

Bir çox hüquq müdafiəçiləri və tibb müəssisələrinin əməkdaşları məcburi yedizdirilməni şəxsi azadlıqların, həmçinin tibbi-əxlaqi normaların pozulması hesab edirlər. Aclıq çəkənin həyatda qalmasına hesablanmış prosedur məhbusun burun vasitəsilə qida borusuna daxil edilən borunun köməyi ilə yedizdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama dəfələrlə Quantanamo həbsxanasının bağlanması və oradakı dustaqların başqa həbsxanalara köçürülməsi təşəbbüsü ilə çıxış edib. Prezidentin sözlərinə görə, həbsxananın mövcudluğu ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti