...

Metro vaqonunda nikah mərasimi

Maraqlı Materials 2 Dekabr 2014 14:02 (UTC +04:00)
Amerikalı cütlük Nyu York metropoliteninin vaqonunda nikah kəsdiriblər. Trend xəbər verir ki, bu barədə “New York Daily News” məlumat verib.
Metro vaqonunda nikah mərasimi

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Amerikalı cütlük Nyu York metropoliteninin vaqonunda nikah kəsdiriblər. Trend xəbər verir ki, bu barədə "New York Daily News" məlumat verib.

26 yaşlı Qektor İrakliotis və 25 yaşlı Tatyana Sandler Brukindəki Manhetten körpüsü ilə hərəkət edərkən vaqonda and içiblər. Çütlük nikah mərasimini metroda keçirmək barədə qərarları ilə bağlı çox maraqlı açıqlama verib. Onlar deyiblər ki, nəqliyyatın bu növü onların münasibətlərində mühüm rol oynayıb və onlar metroda çoxlu vaxt keçiriblər. Sandler toy mərasiminin metroda keçirilməsi ilə bağlı ideyanın ərinə məxsus olduğunu deyib.

Evlənənlər toy andı içəndən sonra vaqondakı bütün sərnişinlər əl çalaraq onları alqışlamağa başlayıblar.

Bundan sonra yeni evlənənlər "Kanal-strit" stansiyasının çıxışındakı pilləkəndə bir neçə fotoşəkil çəkdiriblər və yaxınlıqdakı barlardan birində toy mərasiminə gediblər. Tatyana Sandler Nyu Yorka Ukraynadan gəldiyini və qürub vaxtı Manhetten körpüsündə mərasim keçirməyin onun üçün mühüm olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti