Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Avstraliyada akulanın hücumu nəticəsində yaralanmış yeniyetmə dünyasını dəyişib.
Trend-in məlumatına görə, 18 yaşlı oğlan dənizdə üzərkən akula onun budunu dişləyib.
Hadisə yeniyetmənin balıq ovlamaq üçün birgə gəldiyi iki dostunun gözü qarşısında baş verib. Oğlanı qayıqla sahilə çatdırdıqdan sonra o, çimərlikdə dünyasını dəyişib.