Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/
Avstraliya balıqçıları qədim akula növünə məxsus nadir balıq tutublar.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, akulakimilər növünə aid balığın uzunluğu təqribən iki metrdir.
Onun 25 cərgədə düzülmüş 300 dişi var. Bu balıq növü 95 milyon əvvəl mövcud olub.