...

Ölmək istəyən bu restorana getsin

Maraqlı Materials 27 Yanvar 2015 20:02 (UTC +04:00)
ABŞ-da yerləşən "Qızartma infarkt" adlı restoran müştərilərini öldürməklə məşhurlaşıb.
Ölmək istəyən bu restorana getsin

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-da yerləşən "Qızartma infarkt" adlı restoran müştərilərini öldürməklə məşhurlaşıb.

Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, bu restoranın işçiləri həkim və tibb bacısı, müştəriləri isə xəstə paltarı geyinirlər.

Restoranın müştərilərini öldürməsi isə zarafat deyil, çünki dünyanın ən çox kalorili burgerləri burada satılır. Xüsusilə səkkiz qatlı və cəmi 19 900 kalorili "Bypass Burger" yeyən bir çox insan infarkt keçirərək həyatını itirib.

Buna görə də restorana "Qızartma infarkt" adı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti