Azərbaycan, Bakı, 9 aprel /Trend/
Avstraliyalı balıqçı Maks Maqqerik qarmaqla düşündüyündən daha böyük köpək balığı tuta bilib.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, usta balıqçı uzunluğu 4 metr olan balığı sahilə gətirmək üçün 3 saat tər tökməli olub.
Balıqçı akula ilə mübarizədə fiziki və əqli cəhətdən çox yorulduğunu deyib. O bu mübarizədə əlindən və bədəninin digər yerlərindən ciddi yaralanıb. M.Maqqerik səhər saat 07:00-da qarmağına düşən akulanı yalnız saat 10:30-da sahilə çıxara bilib.
Bununla belə, balıqçı ovunu sonradan okeana buraxıb. Onun sözlərinə görə, tutduğu akula qarmaqla tutulan ən böyük balıq olub.