...

Ən məşhur rənglər hansıdır?

Maraqlı Materials 11 İyun 2015 23:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

"YouGov" xidmətinin apardığı sorğuya görə, dünyada ən məşhur rəng göydür.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatda 10 ölkənin - Böyük Britaniya, Almaniya, ABŞ, Avstraliya, Çin, Honq Konq, Malayziya, Sinqapur, Tailand və İndoneziya sakinləri iştirak ediblər.

Göy rəngə ən çox (33 faiz) Böyük Britaniyadan olan respondentlər üstünlük verib. Bu rəngə ən az üstünlük verənlər isə (23 faiz) indoneziyalılar olub.

Tailand, Çin və ABŞ-da yaşıl rəng, İndoneziya, Sinqapur, Almaniya və Böyük Britaniyada qırmızı, Honkonqda bənövşəyi, Avstraliya və Malayziyada isə qırmızı və bənövşəyi rəngə üstünlük verirlər.

Qeyd edilir ki, insanların hansı rəngə üstünlük vermələri onların cinsindən də asılıdır. Məsələn, ABŞ-da respondentlər arasında kişilərin təxminən 40, qadınların isə 24 faizi göy rəngə səs verıb. Böyük Britaniyada isə bu göstərici müvafıq olaraq, 40 və 27 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti