Azərbaycan, Bakı, 24 iyun /Trend/
İsveçin Karolin İnstitutunun araşdırmaçıları orqanik bioelektronikanın imkanlarından yararlanaraq funksional süni əsəb hüceyrəsi yaradıblar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, süni hüceyrə insanın əsəb hüceyrələrini təqlid etmək və onlarla ünsiyyət saxlamaq iqtidarına malikdir.
Hazırda insanın əsəb hüceyrələri arasında əlaqəyə təsir etmək üçün elektrik stimulyasiyadan istifadə olunur.
Alimlər bildiriblər ki, süni hüceyrə ötürücü polimerlərdən ibarətdir: "Ümid edirik ki, araşdırmamız əsəb hüceyrələrinin elektrik stimulyasiyası metodundan asılı olan nevroloji xəstəliklərin müalicəsini yaxşılaşdıracaq".