...

Alimlər: Yaxın Şərqdəki münaqişələr regionda hava şəraitini yaxşılaşdırıb

Maraqlı Materials 25 Avqust 2015 00:40 (UTC +04:00)
Alimlər Yaxın Şərq münaqişələrinin müsbət tərəflərini tapıb - regionda ekoloji şərait yaxşılaşıb.
Alimlər: Yaxın Şərqdəki münaqişələr regionda hava şəraitini yaxşılaşdırıb

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Alimlər Yaxın Şərq münaqişələrinin müsbət tərəflərini tapıb - regionda ekoloji şərait yaxşılaşıb. Trend bu barədə "The New York Times" qəzetinə istinadən məlumat verir.

Almaniyanın Maks Plank Cəmiyyəti Kimya İnstitutunun alimləri peyk məlumatlarını təhlil etdikdən sonra aşağıdakı qanunauyğunluğa diqqət yetiriblər.

Müharibələrin, iğtişaşların və iqtisadi böhranların baş verdiyi böyük şəhərlərdə atmosferdə zərərli tullantıların, xüsusilə azot dioksidin konsentrasiya səviyyəsi aşağı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti