Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
"Air Canada" aviaşirkətinin pilotu iti xilas etmək məqsədilə Təl-Əvivdən (İsrail) Torontaya (Kanada) uçan təyyarəni geri döndərib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 7 yaşlı fransız buldoqunun olduğu baqaj bölməsinin isitmə sistemində nasazlıq aşkar edən pilot Frankfurta planlaşdırılmamış eniş edib.
Almaniya aeroportunda iti və sahibini Torontoya digər reyslə göndəriblər.
Aviasiya eksperti Fil Derbinin sözlərinə əsasən, planlaşdırılmamış enişin şirkətə 10 min dollara başa gəlməsinə və reysin 75 dəqiqə yubanmasına baxmayaraq, pilot hər şeyi düzgün edib.