...

Robot-smartfon təqdim edilib

Maraqlı Materials 6 Oktyabr 2015 16:36 (UTC +04:00)
“Sharp” şirkəti robot formasında hazırlanan "RoBoHoN” smartfon modelini təqdim edib.
Robot-smartfon təqdim edilib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

"Sharp" şirkəti robot formasında hazırlanan "RoBoHoN" smartfon modelini təqdim edib.

Trend-in Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, robotun hündürlüyü 19,5 sm, çəkisi 390 qram təşkil edir ki, bu da smartfon üçün çox hesab edilir. Kamera və dinamiklər robotun baş hissəsində, 2 düymlük sensorlu displey isə kürəyində yerləşir. Qurğu "3G" və "LTE" standartlarını dəstəkləyir, eləcə də "Wi-Fi" şəbəkəsinə qoşula bilir. "RoBoHoN" ikinüvəli "Qualcomm Snapdragon 400 MSM8926" prosessoru ilə işləyir.

"Qazeta.ru" yazır ki, telefon funksiyası ilə yanaşı, səs və sifətləri tanıyan robot-smartfon, həmçinin sərbəst şəkildə hərəkət edir, insanı əyləndirir, eləcə də mini-proyektor rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti