Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Peşəcə həkim olan Uruqvayın prezidenti Tabare Vaskes, Parisə uçuşu zamanı gənc qızı xilas edib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, Vaskes və onun şəxsi həkimi fransız qızda baş verən ağır allergik reaksiyasına qarşı tədbirlər görüblər.
Qeyd olunur ki, 14 yaşlı qız normal nəfəs ala bilmirdi, ona görə də Vaskes və onun həkimi ona lazım olan dərman veriblər və iynə vurublar.