...

"Azərbaycan Hava Yolları" və müğənni Miri Yusif “Göy Təyyarə” videoçarxını təqdim edir (VİDEO)

Maraqlı Materials 25 Yanvar 2016 10:48 (UTC +04:00)
Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) baş rolda məşhur azərbaycanlı müğənni Miri Yusifin çəkildiyi “Göy təyyarə” adlı musiqili videoçarx hazırlayıb.
"Azərbaycan Hava Yolları" və müğənni Miri Yusif “Göy Təyyarə” videoçarxını təqdim edir (VİDEO)

Bakı. Trend:

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) baş rolda məşhur azərbaycanlı müğənni Miri Yusifin çəkildiyi "Göy təyyarə" adlı musiqili videoçarx hazırlayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, videoçarxda müğənni böyük şöhrət qazanmış "Ağ Təyyarə" kompozisiyasına uyğunlaşdırılan versiyanı ifa edir.

Videoçarx Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində çəkilib.

"Azərbaycan Hava Yolları"nın öz işinə peşəkar yanaşması və yüksək xidmət səviyyəsi ölkənin qürurudur. AZAL-dan dəvət almaq mənim üçün böyük şərəf idi", - deyə Miri Yusif qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti