...

Hindistanda 4 dollarlıq smartfon satılır

Maraqlı Materials 17 Fevral 2016 20:19 (UTC +04:00)
Hindistanın "Ringing Bells" şirkəti 251 rupiyə (4 dollar) yeni "Freedom 251" adlı smartfon təqdim edib.
Hindistanda 4 dollarlıq smartfon satılır

Bakı. Elçin Hüseynov - Trend:

Hindistanın "Ringing Bells" şirkəti 251 rupiyə (4 dollar) yeni "Freedom 251" adlı smartfon təqdim edib.

Trend Lenta.ru-ya istinadən xəbər verir ki, bu telefon dünyada ən ucuz smartfon hesab olunur.

"Freedom 251" 4 düymlü displeyə, 1.3 GHz tezlikli 4 nüvəli prosessora, 1 GB operativ yaddaşa və 1450 mAs gücündə batareyaya malikdir.

Smartfonun arxa kamerası 3.2, ön kamerası isə 0.3 meqapikseldir. Qacet Android Lollipop 5.1. əməliyyat sistemində çalışır.

Telefonun Hindistanda satışına fevralın 18-dən başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti